ABŞ: Avropa müstəqil silah istehsal edə bilmir

Avropa Ukraynada döyüş üçün lazım olan silah sistemlərini müstəqil şəkildə istehsal etmək iqtidarında deyil.
AFN.az "Fox News"-a istinadən xəbər verir ki, bunu ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker bildirib.
Onun sözlərinə görə, belə silahların aparıcı təchizatçısı ABŞ-dır.
"Reallıq budur ki, hazırda Avropa Ukraynadakı döyüş meydanı üçün və ya Avropada potensial müharibə zamanı döyüş üçün lazım olan silahları istehsal edə bilmir. ABŞ bu cür silah sistemlərinin aparıcı istehsalçısıdır və onları Avropaya tədarük edəcək və Avropa onların arxasında olacaq. Bu, çox ağıllı qərardır", – deyə Uitaker vurğulayıb.