Tramp: Çinlə siyasət dostyana şəkildə aparılacaq


ABŞ prezidenti Donald Tramp Çinə qarşı siyasətini “çox dostyana şəkildə” aparacağını bildirib.



AFN.az xəbər verir ki, bu barədə o, Pensilvaniya ştatının Pittsburq şəhərində çıxışı zamanı “Reuters” agentliyinə istinadən danışıb.



Tramp çıxışında qeyd edib ki, Çinlə münasibətləri tənzimləməkticarət balansını qorumaq üçün ciddi addımlar atmağı planlaşdırır, lakin bunu “dostyana üslubda” həyata keçirmək niyyətindədir.



ABŞ lideri eyni zamanda İndoneziya ilə imzalanmış ticarət sazişini yüksək qiymətləndirib və bu addımın iki ölkə arasında iqtisadi əməkdaşlığı gücləndirəcəyini vurğulayıb.



Tramp həmçinin Hindistan da daxil olmaqla digər ölkələrlə yeni ticarət razılaşmalarına açıq olduğunu bildirib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu