Tramp: Çinlə razılaşma əldə olunmayana qədər 145 faiz tarifi endirilməyəcək


ABŞ prezidenti Donald Tramp Çinə tətbiq etdikləri 145 faizlik tarifin yüksək olduğunu, lakin Pekinlə gömrüklə bağlı razılığa gələnə qədər bu tarifin aşağı salınmayacağını bildirib.


ABŞ prezidenti Donald Tramp Oval Ofisdə keçirilən imza mərasimində ABŞ və Çin arasında tarif mübahisəsindən danışıb.

Tramp bu mövzuda hər gün Çinlə görüşdüyünü və Çin prezidenti Şi Cinpinlə yaxşı anlaşdığını, lakin tarif məsələsində həll yolu tapılması lazım olduğunu bildirib.

Çinə tətbiq edilən 145 faizlik tarifin yüksək olduğunu ifadə edən Tramp, "Bu faizi hələ endirməmişəm. Bunun yüksək tarif olduğunu demişəm. Yüksək tarifdir, amma hələ endirməmişəm. Liderlərlə çox yaxşı anlaşıram. Bilirsiniz, biz razılaşa bilərik. Əks halda, bir tarif təyin edəcəyik. Ümid edirəm ki, bura gələcəklər və razılaşa bilərik. Gəlməsələr də problem deyil" deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu