HƏMAS 10 israilli girovun azad olunmasına razılıq verib

HƏMAS Dohada aparılan danışıqlar zamanı saxlanılan 10 israilli girovun azad olunmasına razılıq verdiyini açıqlayıb. Bu barədə məlumat 9 iyul tarixində HƏMAS-ın Telegram kanalında paylaşılıb.
“HƏMAS danışıqların uğurla nəticələnməsində maraqlıdır və bu səbəbdən 10 girovun azad edilməsinə razılıq verib”, – deyə bəyanatda qeyd olunub.
Bununla yanaşı, bəzi əsas məsələlər üzrə danışıqların hələ də davam etdiyi bildirilib. Qrupun açıqlamasına görə, bu məsələlər arasında Qəzza zolağına humanitar yardımın buraxılması, İsrail qoşunlarının ərazidən çıxarılması və qarşılıqlı atəşkəs üçün real zəmanətlərin verilməsi yer alır.