Texasdakı daşqınlarda 109 nəfər ölüb, 160-dan çox insan itkin düşüb

ABŞ-ın Texas ştatında baş verən daşqın fəlakəti nəticəsində ölənlərin sayı 109-a yüksəlib, 160-dan çox itkin düşmüş şəxsin axtarış-xilasetmə işləri isə davam edir.
Texas ştatının qubernatoru Qreq Abbott 4 iyulda güclü yağışlar nəticəsində baş verən daşqınla bağlı mətbuat konfransı keçirib.
Abbott ştat üzrə daşqın səbəbilə həyatını itirənlərin sayının 109-a çatdığını, yalnız Kerr dairəsində 161 nəfərin itkin düşdüyünü bildirib. Lakin ştat üzrə ümumi itkinlərin sayı ilə bağlı məlumat verilməyib.
Qubernator qeyd edib ki, bütün itkinlər tapılana qədər axtarış və xilasetmə işləri davam etdiriləcək.