Fon der Leyenə qarşı etimadsızlıq səsverməsi keçirilir


Avropa Parlamentinin Strasburqda keçiriləcək sessiyasında bu gün Avropa Komissiyasının sədri Ursula fon der Leyenə COVID-19 peyvəndlərinin alınmasında korrupsiyaya görə etimadsızlıq səsverməsi başlayacaq.



AFN.az xarici mediaya istinadən xəbər verir ki, tədbirdə Fon der Leyenin özü və bütün Avropa Komissiyası şəxsən iştirak edəcək.



Etimadsızlıq səsverməsinin təşəbbüskarı Avropa Parlamentinin Rumıniyadan olan deputatı Georgi Piperea olub. Onun xahişini AP-nin 720 üzvündən azı 72 nəfər dəstəkləməli idi. Sonda təklifi 74 nəfər dəstəkləyib, onlardan 31-i ifrat sağçı Avropa Mühafizəkarlar və İslahatçılar (ECR) qrupuna aiddir. Piperea fon der Leyen və Avropa Komissiyasını pandemiya zamanı şəffaflıq və zəif idarəçilikdə günahlandırır.



Avropa Xalq Partiyası (fon der Leyenin üzv olduğu fraksiya) artıq ona dəstəyini elan edib. Eyni zamanda, liberallar və sosialistlərin də dəstəyi səbəbilə etimadsızlıq səsverməsinin qəbul olunma ehtimalı çox aşağı qiymətləndirilir.



Politico” nəşrinin qeyd etdiyinə görə, səsvermə daha çox rəmzi xarakter daşıyır və Brüsseldə fon der Leyenə qarşı artan narazılığı əks etdirir. Bununla belə, səsvermə qəbul olunarsa, bu, bütün Avropa Komissiyasının istefasına27 yeni Avropa komissarının təyin edilməsi üzrə mürəkkəb prosesin başlanmasına səbəb olacaq.



Avropa İttifaqının tarixində daha öncə oxşar presedent olub. 1999-cu il martın 15-də korrupsiya ittihamlarına görə Jak Santerin rəhbərlik etdiyi Avropa Komissiyası tam tərkibdə istefa verib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu