Zaxarovadan fon der Leyenə sərt sözlər


Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyenin Moskva ilə enerji əməkdaşlığının kəsilməsi ilə bağlı sözləri Avropa İttifaqının (Aİ), bundan sonra da ABŞ-ın maraqlarını rəhbər tutmaq niyyətində olduğunu göstərir.


AFN.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. “Fon der Leyenin Rusiya enerji resurslarının Avropa İttifaqına idxalına qarşı “səlib yürüşünü” davam etdirmək vəzifəsini canfəşanlıqla götürməsi göstərir ki, AK-nin yenilənmiş tərkibi bundan sonra da ilk növbədə ABŞ-ın maraqlarını rəhbər tutmaq niyyətindədir" - deyə diplomat qeyd edib.

Zaxarovanın sözlərinə görə, Avropa Komissiyasının enerji sektorunda Aİ-yə üzv dövlətlərə tətbiq etdiyi siyasətinin əsas istiqamətləri Rusiyanı cilovlamaq və "xarici kuklaların siyasi sifarişini" yerinə yetirməkdir.

Ursula fon der Leyen Globsec təhlükəsizlik konfransında Rusiya ilə enerji sektorunda əməkdaşlığı kəsməyin Avropa İttifaqı üçün faydalı ola biləcəyini deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu