Suriyanın milli loqosu yeniləndi


Suriyada 61 illik BƏƏS rejiminin devrilməsindən sonra yenidənqurma prosesinin bir hissəsi olaraq ölkənin milli loqosu yenilənib.



Paytaxt Dəməşqdə yerləşən prezident sarayında təşkil olunan tədbirdə ölkənin yeni milli loqosu ictimaiyyətə təqdim edilib.



Bundan sonra Suriyada bütün dövlət qurumlarına məxsus simvollar, möhürlər, rəsmi sənədlər, şəxsiyyət vəsiqələri və pasportlar yeni milli loqoilə əvəz olunacaq.



Yeni loqoda Suriya əyalətlərini təmsil edən 14 lələkli qanada malik bir şahinyer alır. Həmçinin şahin qalxanındakı ulduzların sayı 2-dən 3-ə qaldırılıb.



Köhnə milli loqoda yer alan və kənd təsərrüfatını simvolizə edən 2 buğda sünbülü isə yeni dizayndan çıxarılıb.



Yeni milli loqonun təqdimatı ölkə üzrə coşqu ilə qeyd olunub.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu