Bu ölkədə rəsmi dəfn mərasimləri qadağan edildi


Namibiya hökuməti artan xərclər və tənqidlər fonunda bütün dövlət dəfn mərasimlərinə müvəqqəti moratorium tətbiq edib.



AFN.az xəbər verir ki, bu barədə "BBC News" məlumat yayıb. Hökumət yalnız prezident Netumbo Nandi-Ndaitva üçün bu moratoriumdan azad olmaq səlahiyyətini saxlayıb. İnformasiya və Rabitə Texnologiyaları naziri Emma Teofel Nazirlər Kabinetinin iclasından sonra açıqlamasında bildirib ki, moratorium 2026-cı ilin aprel ayına qədər davam edəcək və araşdırma komitəsi rəsmi dəfn mərasimlərinin keçirilməsi ilə bağlı meyarları və prosedurları nəzərdən keçirəcək.



Teofelus araşdırma üçün yeddi üzvdən çox olmayan komitənin yaradılacağını vurğulayıb. Hökumət moratoriumun səbəblərinin çoxsaylı dövlət dəfn mərasimləri üzrə artan xərclərlə bağlı tənqidlərdən olub-olmadığını açıqlamayıb.



Vindhoek Observer qəzeti yazır ki, moratorium çağırışları 2021-ci ildən, xüsusilə Covid-19 pandemiyası dövründə rəsmi dəfnlərin yüksək xərcləri barədə məlum olduqdan sonra səslənib. Bu ilin əvvəlində baş nazir Elijah Ngurarenin açıqlamasına əsasən, 2024/2025-ci maliyyə ilində rəsmi dəfnlər hökumətə 38,4 milyon Namibiya dolları (təxminən 2,2 milyon ABŞ dolları) başa gəlib. Müqayisə üçün, 2022/2023-cü maliyyə ilində 23 dövlət dəfn mərasiminə 2,1 milyon dollar xərclənib.



Observerin məlumatına görə, dövlət yalnız bu ilin fevralında qurucu prezident Sem Nujomanın cənazəsini ölkəyə gətirmək üçün 30 milyon dollar xərcləyib.



95 yaşında vəfat edən Nujoma 1960-cı illərdə Namibiyanın azadlıq hərəkatı olan Cənubi Qərbi Afrika Xalq Təşkilatının (SWAPO) yaradılmasında iştirak edib, müstəqillik uğrunda uzunmüddətli mübarizə aparıb. Müstəqillikdən sonra 1990-cı ildə Namibiyanın ilk prezidenti olub və 2005-ci ilə qədər vəzifədə qalıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu