Çin heç vaxt Aİ üçün problem mənbəyi olmayıb - Van Yi


Çin Xalq Respublikası heç vaxt Avropa İttifaqı üçün problem mənbəyi olmayıb və olmayacaq.



AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van Yi deyib. Onun sözlərinə görə, Çin hakimiyyəti Avropa tərəfi ilə qarşılıqlı əlaqədə onun rasional və praqmatik mövqeyinə ümid edir.



Çin Xarici İşlər Nazirliyi Brüsseldə keçirilən Çin-Avropa Strateji Dialoqunun 13-cü raundunda iştirak edən Van Yinin bəyanatını yayımlayıb: "Avropa müxtəlif çağırışlarla üzləşir, lakin nə keçmişdə, nə indi, nə də gələcəkdə bunlar Çindən gəlmir".



Çin Xarici İşlər Nazirliyinin rəhbəri ümid etdiyini bildirib ki, Avropa İttifaqı ÇXR haqqında obyektiv və rasional baxış formalaşdıracaq, ona qarşı daha müsbət və praqmatik siyasət aparacaq.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu