Makron Zelenski ilə “Renault”un Ukraynada PUA istehsalını müzakirə edib


Fransa prezidenti Emmanuel Makron NATO-nun Haaqa sammiti zamanı Vladimir Zelenski ilə "Renault"un Ukraynada pilotsuz uçuş aparatları istehsalı imkanını müzakirə edib.



AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro məlumat verib.



“Fransa Silahlı Qüvvələrinin naziri Sebastiyan Lekornu bir neçə gün əvvəl Ukraynada "Renault" ilə pilotsuz uçuş aparatlarının birgə istehsalını elan etdi. Prezident Makron bu barədə həftənin əvvəlində baş tutan NATO sammiti zamanı Vladimir Zelenski ilə danışıb” - deyə o qeyd edib.



Nazirin sözlərinə görə, Fransa üçün avadanlığın istehsalının inkişafında Ukraynaya yardımın davam etdirilməsi vacibdir.



Bundan əvvəl Lekornu şirkətin adını açıqlamadan Fransanın böyük avtomobil istehsalçısının Ukraynada pilotsuz uçuş aparatlarının istehsalı ilə məşğul olacağını bildirmişdi. Daha sonra "France Info" radiostansiyası bunun "Renault" olduğunu bildirsə də, şirkət nümayəndəsi hələ qərarın verilmədiyini bildirib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu