DAK həmsədri: Yekaterinburq hadisəsi Rusiyanın terror siyasətidir

Yekaterinburq şəhərində baş vermiş hadisə Rusiyanın bir terror dövləti olduğunu göstərir.
AFN.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədrlərindən Firudin Pərviznia deyib.
“Rusiyada azərbaycanlıların öldürülməsinin ilə bağlı bu vandalizmi pisləyirik. Rusiyada azərbaycanlılara qarşı törədilən vəhşilik birinci hal deyil”, – həmsədr vurğulayıb.
O bildirib ki, xüsusən dövlətin bir qurumunun vəhşicəsinə gecə vaxtı insanların evinə daxil olaraq adamları ailəsinin gözü qarşısında qətlə yetirilməsi dünyada analoqu olmayan hadisədir:
“Bu Rusiyanın bir terror dövləti olduğunu göstərir. Heç bir halda qəbul olunan hal deyil. Bütün hallarda dövlət vətəndaşlara qarşı belə bir münasibət göstərə bilməz. Azərbaycan insanına bu cür terror göstərilməsi qəbul edilən deyil. Bu hal Rusiyanın məkrli siyasətinin, insanlara, sivil dünyaya olan münasibətini göstərdi. Rusiya bu hərəkəti ilə insan hüquq və azadlığını tanımadığını göstərdi. Hər bir halda bu terror hadisəni törədən şəxslər, bunu sifariş edənlər cəzasız qalmalıdırlar”.
DAK həmsədri qeyd edib ki, Rusiya höküməti Azərbaycan dövlətindən, xalqından rəsmən üzr istəməlidir:
“Hadisə zamanı öldürülən şəxslərin yaxınlarının, qocaların, uşaqların polisə aparılaraq işgəncə verilməsi mənfur hərəkətlərin davamıdır. Buna bir ad vermək olmur. Bu hadisələri biz əsəbi şəkildə qarşılayırıq. Heç kimin cürətinə deyil ki, azərbaycanlılara qarşı belə davransın. Rusiya tərəfi rəsmən üzr istəməli, həmin ailənin bütün üzvlərinə təzminat verməlidir”.