NATO və Avropa İttifaqı Rusiyadakı terror aktını pisləDİ


NATO və Avropa İttifaqı Rusiyanın paytaxtı Moskvada törədilən terror aktını pisləyib.



NATO-nun sözçüsü Farah Dakhlallah X sosial media hesabında verdiyi açıqlamada "Moskvada konsert tamaşaçılarını hədəf alan hücumları qəti şəkildə pisləyirik. Bu cür ağır cinayətlərə heç nə haqq qazandıra bilməz. Qurbanlar və onların ailələrinə dərin hüznlə başsağlığı veririk" ifadələrini işlədib.

Avropa Şurasının sədri Çarlz Mişel də "Moskvada törədilən dəhşətli terror aktını qınayıram. Hər yerdə günahsız insanların itkisi insanlıq faciəsidir" mesajını paylaşıb.

Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell hücumu ən sərt şəkildə qınadığını ifadə edərək, "Terror yenə müdafiəsiz insanları hədəf aldı. Beynəlxalq ictimaiyyət terror bəlasına qarşı qətiyyətlə birləşməlidir" qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu