Blinken Moskvada törədilən terror aktını pisləyib


ABŞ dövlət katibi Antoni Blinken Rusiyanın paytaxtı Moskvada konsert salonunda törədilən terror aktını kəskin şəkildə pisləyib.


Blinken verdiyi açıqlamada hücumda həyatını itirənlərin yaxınlarına başsağlığı verərək, “Terrorun hər növünü qınayırıq və buna görə yas tutan Rusiya xalqı ilə həmrəy olduğumuzu bildirmək istəyirik" - deyə bildirib.

Dövlət katibi ABŞ-ın Moskvadakı ölümcül terror aktını qətiyyətlə pislədiyini vurğulayıb.

Qeyd edək ki, dünən Moskvadakı "Crocus Sity Hall"da baş verən terror hücumu zamanı 143 nəfər ölüb, onlarla yaralı var. Rusiya prezidenti Vladimir Putin hücumu həyata keçirən 4 terrorçu da daxil olmaqla 11 nəfərin saxlanıldığını açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu