"Crocus City Hall"da törədilən terror aktı ilə bağlı daha 3 nəfər saxlanılıb
Rusiya Federal Təhlükəsizlik Xidməti Moskvada "Crocus City Hall"da törədilən terror aktı ilə bağlı daha 3 nəfərin saxlanıldığını bildirib.
FTX-dən verilən açıqlamada martın 22-də “Crocus City Hall” konsert zalında törədilən terror aktı ilə bağlı saxlanılan yeni şəxslərin olduğu bildirilib.
Açıqlamada Moskva, Yekaterinburq və Omsk şəhərlərində ümumilikdə 3 nəfərin saxlanıldığı qeyd edilib və saxlanılanların hamısının Orta Asiya əsilli olduğu bildirilib.
Araşdırmalar zamanı saxlanılan şəxslərdən ikisinin terror aktında istifadə olunan silah və alətləri almaq üçün pul köçürdüyü, üçüncünün isə terror aktı üçün adamların cəlb edilməsi və cinayətkarların maliyyələşdirilməsi ilə birbaşa məşğul olduğu müəyyən edilib.