Dünənki terrora görə 11 nəfər saxlanılıb


Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov Prezident Vladimir Putinə “Crocus City Hall”dakı terror aktında iştirak edən 4 terrorçu da daxil olmaqla 11 nəfərin saxlanılması barədə məlumat verib.


Bu barədə Kremlin Mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, ötən gün “Crocus City Hall”da dəhşətli terror aktı törədilib. Nəticədə 82 nəfər həlak olub, 107 nəfər yaralanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu