Avropa İttifaqı İranda törədilən terror aktını pisləyib

Avropa İttifaq diplomatiyasının rəhbəri Cozef Borrell İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə telefon danışığında Kirmanda törədilən terror aktlarını pisləyib.
Borrell həlak olanların ailələrinə, eləcə də İran hökumətinə və xalqına başsağlığı verib, yaralananların tezliklə sağalmasını arzulayıb.
Beynəlxalq ictimaiyyətin terrorizmin müxtəlif formaları ilə mübarizə aparmasının vacibliyini vurğulayan İranın xarici işlər naziri bununla bağlı diqqətinə görə Aİ diplomatiyasının rəhbərinə təşəkkür edib.
Söhbət zamanı hər iki tərəf regionda, o cümlədən Qəzza zolağında baş verən son hadisələri müzakirə edib.