İran: İsrail indiyədək Tehranda 206 nöqtəyə hücum edib

Tehran Təcili Tibbi Yardım Xidmətinin rəhbəri Məhəmməd İsmayıl Təvəkküli bildirib ki, İsrail 13 iyun tarixindən bu günə qədər İranın paytaxtı Tehranda 206 nöqtəni hədəfə alaraq hücumlar həyata keçirib.
Təvəkküli bu barədə İranın dövlət televiziyasına açıqlama verib.
“İsrail Tehranda 206 nöqtəni hədəfə alıb. Bu yerlərin 90 faizi mülki vətəndaşların evləridir,” – deyə o bildirib.
İranlı rəsmi paytaxtda həyatını itirənlərdən 39 nəfərin qadın, 12 nəfərin isə uşaq olduğunu da açıqlayıb.