Çin: ABŞ ciddi nəticələrə səbəb ola biləcək yanlış bir nümunə yaradır


Çin Xarici İşlər Naziri Van Yi bəyan edib ki, ABŞ-ın İranın nüvə obyektlərinə qarşı hücumu münaqişələrin müzakirə yolu ilə deyil, güc vasitəsilə həll oluna biləcəyi mesajını verir və bu da ciddi nəticələrə səbəb ola biləcək təhlükəli bir nümunə yaradır.



Çin Xarici İşlər Nazirliyinin açıqlamasına görə, Van Yi Pekində Çinə səfər edən sabiq Britaniya Baş naziri Toni Bleyrlə görüş zamanı ABŞ-ın İrana qarşı hücumlarını və Yaxın Şərqdəki vəziyyəti dəyərləndirib.



İsrail–İran münaqişəsində ölkələr arasındakı fikir ayrılıqlarının dialoq və məsləhətləşmələr yolu ilə dinc şəkildə həll edilməli olduğunu vurğulayan Van, İsrailin gələcəkdə yarana biləcək ehtimal olunan təhdidləri əsas gətirərək İrana önləyici hücumlar təşkil etdiyini, daha sonra isə ABŞ hərbi təyyarələrinin Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarəti altında olan İran nüvə obyektlərini bombaladığını bildirib.



Çinli nazir qeyd edib ki, ABŞ dünyaya münaqişələrin müzakirə əvəzinə güc yolu ilə həll edilə biləcəyinə dair yanlış bir mesaj verir və bu, ciddi nəticələrə gətirib çıxara biləcək təhlükəli bir nümunə yaradır.



Van Yi əlavə edib ki, sülhü qorumaq güc tələb edir, lakin güc hər zaman real sülhü təmin etmir.



Sabiq Baş nazir Toni Bleyr də bildirib ki, Britaniya İsrail–İran gərginliyindən son dərəcə narahatdır və dialoq və diplomatik vasitələrlə müzakirə yoluna dönülərək bölgədə sülh, təhlükəsizlik və sabitliyin ən qısa zamanda təmin olunması üçün çağırış edir.



Açıqlamada Van ilə Bleyrin Ukrayna məsələsi ilə bağlı da fikir mübadiləsi apardıqları qeyd olunub.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu