İran: "MAQATE İsrailin nüvə təhdidlərinə görə məsuliyyət daşıyır"


Beynəlxalq Atom Enerjisi Agentliyi İsrailin Qəzza zolağında fələstinlilərə qarşı nüvə təhdidləri ilə təhrik oluna biləcək hər hansı hadisəyə görə cavabdehlik daşıyacaq.



Bunu İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami deyib.

Onun sözlərinə görə, İsrail dünyanı nüvə bombası hücumları ilə hədələməkdə davam edir və bu cür silahların istifadəsini qadağan edən MAQATE protokollarını imzalamaqdan imtina edir. Eslami Tehranda Nazirlər Kabinetinin iclası zamanı jurnalistlərə istənilən insident üçün MAQATE-nin tam məsuliyyət daşıdığını vurğulayıb.

Eslami təhdidlərin sionist rejimin dünyaya qarşı əsl mahiyyətini və niyyətlərini ortaya qoyduğunu deyib və İsrailin bundan əvvəl də İrana qarşı nüvə bombasından istifadə etməklə hədələdiyini xatırladıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu