Braziliyada hava şarı yerə çırpıldı: 8 ölü, 13 yaralı


Braziliyanın cənubundakı Santa Katarina əyalətində isti hava şarının alovlanaraq yerə düşməsi nəticəsində 8 nəfər həyatını itirib, 13 nəfər yaralanıb.



Yerli G1 xəbər kanalının məlumatına görə, içərisində 21 nəfər olan isti hava şarı alovlandıqdan sonra sürətlə yerə çırpılıb.



Santa Katarina hərbi yanğından mühafizə xidmətinin açıqlamasında bildirilib ki, hadisə nəticəsində 13 nəfər yaralı halda xilas edilib, 8 nəfər isə həyatını itirib.



Qeyd edək ki, 15 iyun tarixində San-Paulu əyalətində baş verən başqa bir isti hava şarı qəzasında 27 yaşlı qadın ölmüş, 11 nəfər yaralanmışdı.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu