Hindistanda isti hava səbəbindən 81 nəfər ölüb
Hindistanın bəzi ştatlarında son həftələrdə isti hava şəraiti səbəbindən 81 nəfər həyatını itirib.
Yerli mediada yer alan xəbərə görə, havanın temperaturu 49 dərəcədən yuxarı olan bir çox şəhərdə ciddi problemlər yaşanır.
İyunun 3-nə olan məlumata görə, Odişa ştatında istidən 30 nəfər ölüb. Uttar Pradeş ştatında iyunun 2-də 33 seçki məmuru öz vəzifələrini icra edərkən həlak olub. Həddindən artıq istilər səbəbindən Biharda 6, Racastanda isə 12 nəfər dünyasını dəyişib.
Bütün zamanların ən yüksək temperaturu mayın 29-da paytaxt Yeni Dehlidə 52,9 dərəcə ilə qeydə alınıb.