Hindistanın şərqində ildırım çaxması nəticəsində azı 12 nəfər ölüb
Hindistanın şərqindəki Odişa ştatında ekstremal hava şəraitinin ildırım vurması nəticəsində azı 12 nəfər ölüb, 14 nəfər yaralanıb.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, iki saat ərzində ştatda ən azı 61 min ildırım çaxması qeydə alınıb.
Hindistanın meteorologiya departamenti daha əvvəl Benqal körfəzindəki siklonlar səbəbindən yaxın iki gündə ölkənin şərqində hava şəraitinin pisləşəcəyi və leysan yağışları ilə bağlı xəbərdarlıq etmişdi.
Rəsmi məlumatlara görə, 2022-ci ildə Hindistanda ildırım çaxması nəticəsində 907 nəfər həlak olub.