Avropanın 14 dövləti Rusiyanın kölgə donanmasına qarşı birləşdi

Avropanın 14 ölkəsinin xarici işlər nazirləri və hökumət nümayəndələri Rusiyanın “kölgə donanmasına” birgə yanaşmanın hazırlanması barədə razılığa gəliblər.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Belçika, Böyük Britaniya, Danimarka, Almaniya, İslandiya, Latviya, Litva, Hollandiya, Norveç, Polşa, Fransa, Finlandiya, İsveç və Estoniya nümayəndələrinin görüşündən sonra Böyük Britaniya Xarici İşlər Nazirliyinin yaydığı kommünikedə deyilir.
"Bu gün biz əməkdaşlığımızı daha da gücləndirmək və Rusiyanın "kölgə donanması" ilə mübarizədə milli orqanlarımızın birgə və əlaqələndirilmiş yanaşmasını təmin etmək barədə razılığa gəldik. Biz dənizdə məsuliyyətli davranışı təşviq etmək, beynəlxalq normalara riayət olunmasını gücləndirmək və dəniz fəaliyyətinin şəffaflığını təmin etmək üçün beynəlxalq hüquq normalarına uyğun ümumi tövsiyələr hazırlamaq niyyətindəyik", - deyə açıqlamada bildirilir.
Ölkələr dövlət mənsubiyyəti olmayan gəmilərin Baltik və ya Şimal dənizləri ilə indiki bayrağını qaldırmadan üzəcəyi təqdirdə beynəlxalq hüquq çərçivəsində müvafiq tədbirlər görəcəklərinə söz veriblər.
Böyük Britaniya artıq Rusiyanın enerji ehtiyatlarının nəqlində iştirak etdiyi iddia edilən 300-ə yaxın tankeri sanksiyalar siyahısına əlavə edib. Onların hamısının saxlanılma təhlükəsi altında Böyük Britaniya limanlarına daxil olması qadağandır, onlara Böyük Britaniyanın gəmi reyestrində qeydiyyatdan imtina ediləcək və əgər varsa, onların cari qeydiyyatı dayandırıla bilər.