Qax İcra Hakimiyyətindəki əməliyyatda 9 nəfər saxlanılıb - ADLAR+YENİLƏNİB

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Qax Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat nəticəsində ümumilikdə 9 nəfər saxlanılıb.
AFN.az xəbər verir ki, bu barədə Teleqraf məlumat yayıb.
Bildirilib ki, icra başçısı Musa Şəkiliyevlə yanaşı, onun birinci müavini Elbrus Tağıyev, İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova, Qax Bələdiyyəsinin sədri Eyvaz Orucov, Qax Kommunal Müəssisələri Kombinatının direktoru Eldəniz Şabanov da saxlanılanlar arasındadır.
Onlar rüşvət alma, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və aşmada ittiham olunurlar.
***
"Report"un əldə etdiyi məlumata görə, əməliyyat zamanı Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevlə bərabər onun müavinləri və rayonun bir neçə vəzifəli şəxsi də saxlanılıb.
Hazırda onlar Bakıya gətirilir.
***
Dövlət Təhlükəsizlik Xidməti Qax rayonunda əməliyyat həyata keçirib.
AFN News24.az-a istinadən xəbər verir ki, əməliyyat zamanı Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev saxlanılıb.
Onun hansı səbəbdən saxlanıldığı hələlik bəlli deyil.
Qeyd edək ki, o, bu vəzifəyə 2010-cu ildə təyin olunmuşdu.