Aİ Rusiya neftinin qiymət tavanını Trampa görə azalda bilmir


ABŞ Trampın mövqeyinə görə Aİ Rusiya neftinin qiymət tavanını azalda bilməyəcək



Avropa İttifaqı Rusiya neftinin qiymət tavanını aşağı sala bilməyəcək, çünki ABŞ prezidenti Donald Tramp belə bir təşəbbüsə qarşıdır.



AFN.az xəbər verir ki, bu barədə Avropanın “Politico” nəşri diplomatik mənbələrə istinadən məlumat yayıb.



Bildirilir ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və Aİ diplomatik xidmətinin rəhbəri Kaja Kallasın Rusiya xammalının qiymətlərinin məhdudlaşdırılması məsələsi ilə bağlı rəyinin çox əhəmiyyəti yoxdur. Çünki Vaşinqtonun razılığı olmadan Brüssel bu planları tam şəkildə həyata keçirməkdə çətinlik çəkəcək.



Daha əvvəl fon der Leyen bildirmişdi ki, Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketi zədələnmiş “Şimal axını”nın istifadəsinə qadağa, bankların və tankerlərin “qara siyahı”ya salınması, Aİ ölkələrinin Rusiya neftinin alınmasına qadağa qoyulması və onun bir barelinin qiymətinin tavanını 60 dollardan 45 dollara endirmək cəhdini əhatə edəcək.



Bundan əlavə, fon der Leyen və Kallas Rusiyaya tətbiq olunan sanksiyalardan yan keçmək üçün Moskvanın atdığı addımların qarşısını almaq məqsədilə təkcə Rusiyadan deyil, Belarusdan, Çindən və digər ölkələrdən olan 22 şirkətə qarşı yeni ixrac məhdudiyyətləri qoyulmasının vacibliyini vurğulayıblar.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu