Macarıstan Ukraynanı elektrik enerjisi tədarükünü dayandırmaqla hədələyir


Avropa Komissiyası Rusiyadan neft, qaz və nüvə yanacağının idxalına qadağa qoyacağı təqdirdə, Macarıstan Ukraynaya elektrik enerjisi tədarükünü dayandıra bilər.



AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Avropa İttifaqının enerji nazirlərinin Lüksemburqda keçirilən görüşündə çıxışı zamanı bildirib.



Nazir qeyd edib ki, hazırda Macarıstan Ukraynanın elektrik enerjisi idxalının 40-42 faizini təmin edir və bu ölkənin enerji təchizatında həlledici rol oynayır.



"Əgər Macarıstanın enerji təhlükəsizliyi risk altına düşərsə və təchizatda sabitlik pozularsa, bu, Ukraynaya elektrik ixracımızın davam etdirilməsinə ciddi təsir göstərə bilər", – deyə Siyarto bildirib. O bu açıqlamanı Lüksemburqda macar jurnalistlərinə verib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu