Siyarto: Macarıstan Aİ toplantısında Ukraynaya hərbi yardımı dəstəkləməyəcək

Macarıstanın xarici işlər naziri Peter Siyarto Aİ xarici işlər nazirlərinin Varşavada keçirilən qeyri-rəsmi görüşündə Ukraynaya əlavə vəsait və silah verilməsini dəstəkləməyəcəyini bəyan etmək niyyətindədir.
AFN.az xəbər verir ki, bu barədə o özü görüşdən əvvəl X hesabında yazıb.
"Brüssel Ukrayna üçün daha çox pul və silah tələb edir, onun Aİ-yə üzvlüyünü sürətləndirir və eyni zamanda bizim enerji təhlükəsizliyimizə zərbə vurur. Və onlar bütün bunların əvəzini bizib ödəməyimizi gözləyirlər. Varşavada mən üç ildir danışdığımızı təqdim edəcəyəm: Macarıstan xalqı bu müharibənin əvəzini ödəməyəcək" - deyə Siyarto yazıb.
Varşavada keçiriləcək iki günlük görüş qeyri-rəsmi xarakter daşıyır və orada heç bir qərar qəbul edilməyəcək. Onun iştirakçıları bir sıra beynəlxalq problemlər, o cümlədən Ukraynada davam edən münaqişə ilə bağlı fikir mübadiləsi aparmaq niyyətindədirlər.