İran: Natanz nüvə obyektində radiasiya çirklənməsi aşkarlandı


İran Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kəmalvəndi İsrailin İsfahan əyalətində yerləşən Natanz nüvə obyektinə hücumu nəticəsində müəssisə daxilində müəyyən miqdarda radiasiya çirklənməsinin qeydə alındığını açıqlayıb.



İran dövlət televiziyasına danışan Kəmalvəndi ölkədəki nüvə obyektlərinin son vəziyyəti barədə məlumat verib. O, İsrailin yeraltı qurğuları hədəf almaq üçün Natanz obyektini bir neçə dəfə raketlə vurduğunu bildirib:



Tesisin içində müəyyən miqdarda çirklənmə aşkarlanıb, lakin bu çirklənmə obyektin xaricinə yayılmayıb,” – deyə o qeyd edib.



Kəmalvəndi həmçinin vurğulayıb ki, bu radiasiya çirklənməsi narahatedici səviyyədə deyil və vəziyyət tam nəzarət altındadır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu