Hindistanda təyyarənin düşdüyü ərazidə 50 sakin xəsarət alıb


Hindistanda təyyarə qəzası zamanı yerə düşən qalıqlar təxminən 50 nəfərin xəsarət almasına səbəb olub.



AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Qərbi Hindistanda baş vermiş “Air India” aviaşirkətinə məxsus təyyarə qəzası ilə bağlı jurnalistlərə Qucarat ştatının Səhiyyə və Sosial Rifah Departamenti rəis müavini Dhanancay Dviveydi məlumat verib.



Onun sözlərinə görə, təyyarə ştat xəstəxanasının əməkdaşları üçün nəzərdə tutulmuş binanın, tibb kolleci yataqxanasının və digər yaşayış binalarının yerləşdiyi yaşayış rayonuna düşüb. “Bu ərazidə yaşayan sakinlər xəsarət alıb. Təxminən 50 nəfər Axdəbad şəhərinin xəstəxanalarına çatdırılıb,” – deyə Dviveydi bildirib.



O əlavə edib ki, bəzi yaralıların vəziyyəti ağır olsa da, stabildir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu