Azərbaycan XİN Hindistandakı təyyarə qəzası ilə bağlı başsağlığı verib


Azərbaycan XİN Hindistandakı təyyarə qəzası ilə bağlı başsağlığı verib



Azərbaycan Xarici İşlər Nazirliyi Hindistanın Əhmədabad şəhərində baş vermiş sərnişin təyyarəsi qəzası ilə əlaqədar rəsmi başsağlığı verib.



AFN.az xəbər verir ki, bu barədə XİN-in “X” sosial şəbəkəsində (əvvəlki “Twitter”) paylaşım edilib.



“Hindistanın Əhmədabad şəhərində faciəvi təyyarə qəzası barədə xəbər bizi dərindən kədərləndirdi. Hadisə nəticəsində həlak olanların ailələrinə və yaxınlarına başsağlığı veririk. Qarşıdakı günlərdə güc və şəfa diləyirik”, – deyə paylaşımda qeyd olunub.



Xatırladaq ki, son məlumata görə, qəza nəticəsində 133 nəfər həyatını itirib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu