İsrail Qəzzaya yardım missiyalarının çoxunu bloklayıb – BMT

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə BMT sözçüsünün müavini general Farhan Haq açıqlama verib.
Haq bildirib ki, Qəzzaya hücumlarını davam etdirən İsrail ordusu aclıqla mübarizə aparan Qəzza xalqına yardım çatdırmaq istəyən BMT rəsmilərinin 18 müraciətindən yalnız 7-nə icazə verib.
İsrailin təşkil etdiyi yardım paylama mexanizmindəki çatışmazlıqlara diqqət çəkən Haq, BMT tərəfindən idarə olunmayan paylama məntəqələrində şərtlərin hazırda təhlükəsiz olmadığını bildirib.
“Humanitar yardımın paylanmasının əsas nöqtəsi ehtiyacı olan insanların ehtiyac duyduqları yardıma təhlükəsiz şəkildə çata bilmələridir və bu şərtlər altında bu baş vermir”, – deyə BMT rəsmisi qeyd edib.