Tramp: Mask dəlidir, onunla danışmaq istəmirəm

ABŞ prezidenti Donald Tramp bir daha İlon Maskın dəli olduğunu bildirib və əlavə edib ki, onunla danışmaqda maraqlı deyil.
AFN.az xəbər verir ki, Amerika lideri bu barədə "ABC News"a açıqlamasında danışıb. "Dəli oğlanı nəzərdə tutursunuz?" - o, jurnalistin müvafiq sualını cavablandırarkən deyib. "Hazırda onunla danışmaq heç maraqlı deyil" - deyə Tramp əlavə edib.
ABŞ prezidenti əlavə edib ki, Mask onunla danışmaq istəyir, lakin o, iş adamı ilə danışmağa hazır deyil.