Yaponiyada bayram namazı 3 dəfə qılındı

Yaponiyanın paytaxtı Tokioda yüzlərlə müsəlman Qurban bayramı namazı üçün Tokio Məscidinə axın edib və yüksək iştirak səbəbilə bayram namazı 3 dəfə qılınıb.
Tokio və ətraf bölgələrdə yaşayan müsəlmanlar Qurban bayramının sevincini yaşayırlar.
Dünyanın müxtəlif ölkələrindən yüzlərlə müsəlman bayram namazını qılmaq üçün Tokio Məscidinə toplaşıb. Səhər saatlarından etibarən məscidin qarşısında uzun növbələr yaranıb və iştirakın çoxluğu səbəbilə bayram namazı 3 dəfə yerinə yetirilib.
Qurban bayramını öz ölkələrindən minlərlə kilometr uzaqda qeyd edən müsəlmanlar Tokio Məscidində bayramlaşıblar.