Bu məsciddə 79 ildən sonra ilk bayram namazı qılındı
İstanbulun Fatih bölgəsində 79 ildən sonra yenidən ibadət üçün açılan Kariye məscidində ilk Qurban bayramı namazı qılınıb.
Türkiyə Prezidentinin 1 avqust 2020-ci il tarixli sərəncamı ilə yenidən məscid kimi fəaliyyətə başlayan və 4 ildən sonra bərpası başa çataraq mayın 6-da ibadət üçün açılan Kariye məscidində ilk dəfə qılınan bayram namazına vətəndaşlar maraq göstərib.
Qurban bayramını burada qeyd etmək istəyənlər səhər namazı üçün məscidə gəliblər.
Məscidin içini dolduran camaat da namaz qılmaq üçün çöldə qoyulmuş səcdələrin üzərində cərgəyə düzülüb.
Tikintisindən sonra uzun illər kilsə kimi istifadə edilən bina II Bəyəzidin dövründə baş vəzir Hadım Əli Paşa (Atik Əli Paşa) tərəfindən məscidə çevrilib. 1945-ci ildə muzeyə çevrilən və 1948-ci ildə dövrün Muzeylər İdarəsinə bağlanan Kariye, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 1 avqust 2020-ci il tarixli Sərəncamı ilə yenidən məscidə çevrilib.
Bu qərardan sonra məsciddə bərpa işlərinə başlanılıb və 4 il sonra tamamlanıb.