Almaniyada İkinci Dünya Müharibəsindən qalmış 3 bomba zərərsizləşdirilib


Almaniyanın Köln şəhərində İkinci Dünya Müharibəsindən qalmış üç partlamamış bombanın zərərsizləşdirilməsi səbəbilə şəhərin Deutz bölgəsində 20 mindən çox sakin təxliyə olunub.



Köln Böyükşəhər Bələdiyyəsinin rəsmi saytında yayımlanan açıqlamaya görə, ABŞ istehsalı olan bu bombaların zərərsizləşdirilməsi üçün hazırlıq işlərinə start verilib.



Təhlükəsizlik məqsədilə Deutz rayonundakı 1 kvadratkilometrlik ərazidə yaşayan insanlar evakuasiya edilib.



Bu, İkinci Dünya Müharibəsindən sonra keçirilən ən genişmiqyaslı təxliyə əməliyyatıdır. Əməliyyat çərçivəsində Reyn çayı üzərindəki körpülər bağlanıb, qatar reysləri ləğv edilib, 58 otel, muzey, məktəb, xəstəxana, qocalar evi və baxım mərkəzləri boşaldılıb.



Bombaların nə vaxt zərərsizləşdiriləcəyi hələlik bəlli deyil, lakin işlərin axşam saatlarında başa çatdırılması planlaşdırılır.



Rəsmilər bütün binaların boşaldığını yoxlamalıdır, lakin bu prosesin nə qədər vaxt aparacağı bilinmir.



Köln İctimai Təhlükəsizlik İdarəsinin rəhbəri Ralf Mayer mətbuata açıqlamasında Kölnün Avropanın ən sıx məskunlaşmış mərkəzlərindən biri olduğunu bildirib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu