Paris yaxınlığında İkinci Dünya Müharibəsindən qalma bomba tapılıb

Fransanın paytaxtı Parisə yaxın ərazidə relslərdə İkinci Dünya Müharibəsindən qalma bomba aşkar edildikdən sonra Eurostar xidmətləri dayandırılıb.
Milli KİV-in məlumatına görə, Parisdə Gare du Nord (Şimal stansiyası) yaxınlığında təmir işləri zamanı relslərdə partlamamış bomba aşkar edilib.
Bombanın İkinci Dünya Müharibəsinə aid olduğu müəyyən edilərkən, Gare du Norddan keçən qatar və Eurostar səfərləri dayandırılıb.
Fransız dəmir yolu şirkəti SNCF bomba zərərsizləşdirmə əməliyyatı tamamlanana qədər qatarların stansiyadan hərəkət etməyəcəyini açıqlayıb və sərnişinlərdən səyahətlərini təxirə salmalarını istəyib.