Polşada İkinci Dünya Müharibəsindən qalan bombaya görə 14 min insan təxliyə edilir


Polşanın şərqindəki Lyublin şəhərində İkinci Dünya Müharibəsindən qalma partlamamış bombanın tapılmasından sonra təxminən 14 min insana təxliyə xəbərdarlığı göndərilib.


Polşa mətbuatının məlumatına görə, bu gün səhər yerli vaxtla saat 07:00-da başlayan təxliyələ səhər saat 11.30-da başa çatacaq.

Təxliyə edilənləri şəhərdəki stadiona aparmaq üçün avtobuslar qaldırılıb. Bundan başqa, bu gün rayonda uşaq bağçaları da bağlanıb.

Əlillər və qayğıya ehtiyacı olan insanlar üçün xüsusi tədbirlər görülüb.

Meriya şəhərin bombadan təsirlənə biləcək hissəsinin saat 11.30-dan etibarən nəqliyyata tamamilə bağlanılacağını və ictimai nəqliyyat vasitələrinin digər məntəqələrə istiqamətləndiriləcəyini açıqlayıb.

Bombanın məhv edilməsi və çıxarılmasının günorta saatlarına qədər başa çatdırılması gözlənilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu