İran: Zənginləşdirmə olmadan razılaşma olmayacaq


İran nüvə sənayesinin inkişafı üçün çox şey qurban verib və öz ərazisində uranı zənginləşdirmək imkanını qoruyub saxlamadan ABŞ-la müqavilə bağlamayacaq.

AFN.az yerli mediaya istinadən xəbər verir ki, bunu İslam Respublikasının Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi deyib.

“İran bu imkanlar üçün baha qiymət ödəyib və elə bir ssenari yoxdur ki, biz arzularımızı gerçəyə çevirən vətənpərvərlərdən imtina edək. Təkrar edirəm: zənginləşdirmə yoxdursa – razılaşma da yoxdur. Nüvə silahına yox – razılaşmaya bəli” - deyə o X-da yazıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu