Trampdan Baydenin “qələm qalmaqalı” ilə bağlı daha bir açıqlama


Ağ Ev əməkdaşlarının qələmdən - ABŞ-ın keçmiş prezidenti Co Baydenin imzasını təkrarlamaq üçün cihazdan istifadə etməsi ilə bağlı qalmaqal Amerika siyasətində ən səs-küylü hadisələrdən birinə çevrilib.



AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Vaşinqton administrasiyasının rəhbəri Donald Tramp deyib.



“2020-ci ildə saxtalaşdırılmış prezident seçkilərini nəzərə almasaq, qələm Amerika tarixindəki ən böyük siyasi qalmaqaldır!" - deyə Tramp "Truth Social"-da yazıb.



Qeyd edək ki, Tramp bundan əvvəl də bu olay haqda açıqlamalar verib. O bildirib ki, Baydenin qohumları da daxil olmaqla təxminən 2,5 min adamı əfv etmək əmrləri keçmiş prezidentin xəbəri olmadan qələmlə imzalandığı üçün heç bir hüquqi qüvvəyə malik deyil.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu