"British Airways"in bort bələdçisi uçuş zamanı narkotik istifadə etdi


Britaniyanın "British Airways" aviaşirkətinə məxsus San-Fransiskodan Londonun Heathrow Hava Limanına həyata keçirilən reysdə işləyən bort bələdçisinin uçuş zamanı narkotik maddə qəbul etdiyiçılpaq halda rəqs etdiyi iddia edilib.



Qalmaqalı ictimaiyyətə çatdıran "The Sun" qəzeti sözügedən kabin işçisinin iki mərtəbəli Airbus A380 tipli təyyarənin biznes sinifində yemək xidməti göstərməkdən məsul olduğunu, lakin bir müddət sonra yoxa çıxdığını yazıb.



Aparılan axtarış zamanı bələdçi biznes klass tualetində çılpaq şəkildə rəqs edərkən tapılıb.



Digər heyət üzvlərinin onu biznes klass sərnişinləri üçün ayrılmış ehtiyat pijamalarla geyindirdiyi və sonra oturacaqlardan birinə bağladığı bildirilib.



Bələdçi uçuşun qalan 10 saat yarımlıq hissəsini həmin oturacaqda keçirib.



Hadisə ilə bağlı açıqlama verən Britaniya Metropolitan Polisi 41 yaşlı bir kişinin xidmətdə olmağa yararsız vəziyyətdə olmaq şübhəsi ilə saxlanıldığını bildirib.



Bort heyətinin uçuş zamanı həmin şəxsin səhhəti ilə bağlı narahatlıq keçirdiyisaat 09:30 radələrində polisə məlumat verdiyi qeyd olunub.



Təyyarə endikdən sonra şübhəli şəxs xəstəxanaya aparılıb, burada ilkin tibbi müdaxilə edildikdən sonra saxlanılıb. Daha sonra sərbəst buraxılıb, lakin polis istintaqının davam etdiyi vurğulanıb.



"British Airways" isə hadisənin polis səlahiyyətində olduğunuşərh verə bilməyəcəklərini açıqlayıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu