Liverpulda təhlükəli çempionluq sevinci - Avtomobil izdihama girdi

İngiltərənin Liverpul şəhərində Premyer Liqa çempionluğunu qeyd edən azarkeşlərin keçid mərasimi zamanı insident yaşanıb. Bayram tədbiri zamanı bir avtomobil izdihamın arasına daxil olub.
Liverpul Futbol Klubunun Premyer Liqa çempionluğunu qeyd edən minlərlə azarkeş şəhər küçələrində toplaşaraq yürüş təşkil edib. Keçid zamanı naməlum sürücü avtomobili insanların üzərinə sürüb, hadisəyə polis qısa zamanda müdaxilə edib.
Mersesayd Polisi verdiyi açıqlamada əməkdaşların dərhal hadisə yerinə çatdığını və sözügedən avtomobilin saxlanıldığını bildirib.
Hazırda insident nəticəsində xəsarət alanların olub-olmaması ilə bağlı rəsmi məlumat verilməyib.
Polisin yaydığı məlumata görə, 53 yaşlı ağdərili bir İngiltərə vətəndaşı nəzarətə alınıb və araşdırma aparılır.