İsrail diplomatının qətlində şübhəli bilinən şəxs təkbaşına hərəkət edib - ABŞ

ABŞ səlahiyyətliləri hesab edir ki, Vaşinqtonda İsrail səfirliyinin iki əməkdaşının qətlində şübhəli bilinən şəxs təkbaşına hərəkət edib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ Ədliyyə Nazirliyinin katibi Pam Bondi "Fox News"a müsahibəsində deyib.
"O, həbsdədir və səlahiyyətlilər onun tək hərəkət etdiyinə inanırlar", – deyə Bondi bildirib.
Katib əlavə edib: "Biz Amerikada hər kəsin təhlükəsiz olmasına əmin olacağıq. Əlimizdən gələni edəcəyik. Zorakılığa son qoyulmalıdır".
Xatırladaq ki, Vaşinqtonda Paytaxt Yəhudi Muzeyində baş verən silahlı hücum nəticəsində İsrail səfirliyinin iki əməkdaşı həlak olub. Ölənlərdən biri kişi, digəri isə qadındır. Onlar muzeydə keçirilən tədbirdən çıxarkən şübhəli şəxs tərəfindən atəşə tutulublar. Hücum edən şəxs saxlanılıb və saxlanılarkən "Fələstini azad edin!" şüarını səsləndirib.