İsrailli diplomatları güllələməkdə şübhəli bilinən şəxs saxlanılıb


Vaşinqtonda İsrail səfirliyində çalışan iki əməkdaşın öldürülməsi ilə əlaqədar bir şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.



AFN.az xəbər verir ki, bu barədə məlumat “CNN” tərəfindən yayılıb. Məlumata əsasən, saxlanılan şəxsin kimliyi 30 yaşlı Elias Rodriges kimi açıqlanıb.



İlkin araşdırmalar nəticəsində məlum olub ki, Çikaqo şəhərində yaşayan Rodrigesin əvvəllər cinayət məsuliyyətinə cəlb olunması faktı qeydə alınmayıb.



Vaşinqtonun polisi rəisi Pamela Smit bildirib ki, güllələnən iki nəfərdən biri qadın, digəri isə kişidir. Onlar Yəhudi Muzeyində iştirak etdikləri tədbirdən ayrıldıqları zaman atışma baş verib. Smitin sözlərinə görə, saxlanma zamanı Elias Rodriges Fələstinə dəstək ifadə edən şüarlar səsləndirib.



CNN əlavə edib ki, Rodriges hadisəni törətdiyini etiraf edib və istifadə etdiyi silahı hara atdığını da istintaqa bildirib.



Hadisənin şahidlərinin sözlərinə əsasən, Rodriges atəş açdıqdan sonra muzeyin binasına daxil olmağa cəhd edib, lakin mühafizə xidməti tərəfindən buna icazə verilməyib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu