Lənkəranda vətəndaşa əzab verərək çəkiliş aparanlar həbs olundu

Lənkəranda 33 yaşlı şəxsə əzab verənlər saxlanılıb
AFN.az xəbər verir ki, Lənkəran rayonunda 33 yaşlı şəxsə qarşı zorakı hərəkətlər və əzab vermə ilə bağlı fakt üzrə hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, hadisə mart ayında şəxsi münasibətlər zəminində baş verib. Məlum olub ki, hadisəni törətməkdə şübhəli bilinən 39 və 34 yaşlı şəxslər artıq polis tərəfindən saxlanılıblar.
Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin “əzab vermə” maddəsi üzrə cinayət işi başlanıb və saxlanılan şəxslər şübhəli şəxs qismində məsuliyyətə cəlb olunublar.
İstintaq hərəkətləri davam etdirilir, hadisənin digər mümkün iştirakçıları və səbəbləri araşdırılır.