Şadlıq sarayında toy zamanı yanğın baş verdi - VİDEO


Bakının Sabunçu rayonunda yerləşən “Louvre Palace” şadlıq sarayında yanğın baş verib.



AFN.az Manset.az-a istinadən xəbər verir ki, hadisə ötən gün toy mərasimi keçirilən zaman olub. Belə ki, saat 19:35 radələrində baş verən yanğının mətbəxdə başladığı bildirilib.



Həmçinin qeyd olunub ki, yanğın zamanı şadlıq evində iki toy mərasimi keçirilirmiş.



Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən şadlıq sarayının mətbəxində kiçik alovlanma baş verib: “Hadisəyə dərhal müdaxilə edilərək söndürülüb”.



Sözügedən görüntüləri təqdim edirik:




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu