Bakıda şadlıq sarayında bədbəxt hadisə baş verib
Bakının Nizami rayonunda yerləşən şadlıq saraylarının birində bədbəxt hadisə baş verib.
AFN-in Report-a istinadla xəbər verir ki, sərxoş olan 1987-ci il təvəllüdlü Umudov Bəhruz Rasim oğlu şadlıq sarayının 3-cü mərtəbəsinin eyvanında məhəccərə söykənib. Məhəccər qırılıb və nəticədə B.Umudov yerə yıxılıb.
Ağır bədən xəsarətləri alan yaralı təcili tibbi yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.
Müayinə zamanı ona qapalı kəllə-beyin travması və kəllə sümüyünün sınığı diaqnozları qoyulub.
Yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.