ABŞ 200 min ukraynalının qaçqın statusunu ləğv etməyi planlaşdırır


Donald Tramp administrasiyası 2022-ci ildən sonra ölkəyə gələn 200 mindən çox ukraynalının Amerika ərazisini könüllü olaraq tərk etməyə məcbur etmək üçün müvəqqəti qaçqın statusunu ləğv etməyə hazırlaşır.

AFN.az xəbər verir ki, bu barədə “The Washington Post” əlində olan sənədə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, Ağ Ev aktiv döyüş bölgələrindən gələn qaçqınların deportasiyası üçün xarici yardım fondlarının kəsilməsi ilə azad edilən 250 milyon dollara qədər vəsait xərcləməyi planlaşdırır. Amerika administrasiyasının qərarı ukraynalılardan başqa 500 min haitiliyə də təsir edə bilər.

"Daxili Təhlükəsizlik Departamenti və Dövlət Departamenti prezidentin planlarını həyata keçirmək və xaricə yardım üçün ayrılan vəsaiti ölkəmizdə qeyri-qanuni olanların könüllü deportasiyasına köməyə istifadə etmək üçün birlikdə işləyirlər", - deyə ABŞ Daxili Təhlükəsizlik Departamentinin mətbuat katibi Trisia Maklaflin məlumatı təsdiqləyib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu