Tramp administrasiyası qeyri-qanuni mühacirlərin məhkəməsiz deportasiya edilməsinə icazə verir

ABŞ Daxili Təhlükəsizlik Departamenti (DHS) Amerika hüquq-mühafizə orqanlarının səlahiyyətlərini genişləndirərək onlara qeyri-qanuni mühacirləri sürətləndirilmiş prosedura əsasən, deportasiya etməyə icazə verib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu, mühacirlərin yəni immiqrasiya məhkəməsinin qərarı olmadan deportasiyasına icazə verilməsi deməkdir. Departamentin ABŞ prezidenti Donald Trampın andiçmə mərasimindən bir gün sonra dərc edilmiş açıqlamasında deyilir: "Bu dəyişikliyin təsiri milli təhlükəsizliyin və ictimai təhlükəsizliyin gücləndirilməsi, eyni zamanda immiqrasiya ilə bağlı qərarların vaxtında verilməsini asanlaşdırmaqla hökumət xərclərinin azaldılması olacaq".
DHS-ə görə, bu qərar Birləşmiş Ştatlara qəbul olunmayan və ABŞ-dan uzaqlaşdırılan və xaric edilməkdən qorunmaq hüququ olmayan şəxslərin Birləşmiş Ştatlardan dərhal çıxarılmasını təmin edəcək.