HƏMAS Ərəb Liqası ölkələrini İsrailə qarşı sanksiyalar tətbiq etməyə çağırıb

HƏMAS hərəkatı Ərəb Liqasının Bağdadda keçirilən sammitinin iştirakçılarını İsrailə qarşı sanksiyalar tətbiq etməyə çağırıb.
AFN.az xəbər verir ki, bəyanat hərəkatın Telegram-kanalında dərc olunub.
“Biz Ərəb Liqasını öz tarixi rolunu yerinə yetirməyə və İsrailin Qəzzaya təcavüzünü dayandırmaq və blokadanı aradan qaldırmaq üçün əməli addımlar atmağa çağırırıq, həmçinin ərəb ölkələrindən və bütün dünya ictimaiyyətindən İsrailə qarşı dərhal sanksiyalar tətbiq etməyi tələb edirik”, - deyə bəyanatda qeyd edilir.
HƏMAS həmçinin İsrail rəhbərliyinin üzvlərinin "müharibə cinayətkarı kimi" qınanılmasını tələb edib.